"Putin öləcək və hər şey bitəcək" - Zelenskidən AÇIQLAMA

"Putin öləcək və hər şey bitəcək" - Zelenskidən AÇIQLAMA
27 Mar 2025 10:44

Rusiya prezidenti Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək.   

News365.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Eurovision News”a müsahibəsində deyib.   

Onun sözlərinə görə, sabitliyin pozulması Putinin ən çox qorxduğu şeydir: “Bu, həm cəmiyyətin sabitliyindən asılıdır, həm də onun yaşından asılıdır.

O, tezliklə öləcək. Bu, faktdır və hər şey bitəcək. Yəni onun sualı tamamilə təhlükəsiz və uğursuz tarixi həyatını başa vurmadan bitə bilər. O, tək qalmaqdan qorxur. Putini siyasi baxımdan tamamilə təcrid etmək mümkün olmadı", - Zelenski deyib.


Sizin reklam burada
Sizin reklam burada