Putin Hindistana səfər edəcək

Putin Hindistana səfər edəcək
27 Mar 2025 12:12

Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri hazırlanır. 

News365.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən "Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru" adlı konfransın iştirakçılarına videomüraciətində deyib. 

Onun sözlərinə görə, Putin Narendra Modinin səfər təklifini qəbul edib: “Rusiya dövlətinin başçısının Hindistan Respublikasına səfəri hazırlanır". 

Qeyd edək ki, Putinin Hindistana 2024-cü ilin noyabrında prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Putinin Hindistana səfəri 2025-ci ildə baş tutacaq. Yanvarda Hindistan Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 2025-ci ildə səfərini gözlədiklərini təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada