Portuqaliyada enerji təchizatı artıq sabitləşib

Portuqaliyada enerji təchizatı artıq sabitləşib
12:37

Portuqaliyanın elektrik şəbəkəsi böyük kəsinti fasiləsindən sonra tam stabilləşib. Bu barədə “Reuters” elektrik şəbəkəsi operatoru “Ren”ə istinadən məlumat yayıb.


“Milli elektrik verilişi şəbəkəsinin yarımstansiyaları bərpa edilib, şəbəkə tam stabilləşdirilib”, - məlumatda deyilir.

Xatırladaq ki, dünən İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb. 

İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada