Poroşenko: Ukrayna heç vaxt indiki qədər sülhə yaxın olmayıb

Poroşenko: Ukrayna heç vaxt indiki qədər sülhə yaxın olmayıb
09:05

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ölkəsinin hazırda sülhə əvvəlki dövrlərlə müqayisədə daha yaxın olduğunu bildirib.

Siyasətçinin fikirləri onun rəhbərlik etdiyi "Avropa Həmrəyliyi" partiyasının rəsmi saytında dərc olunub.

“Ukrayna, Avropa və dünya heç vaxt indiki qədər sülhə yaxın olmayıb. Biz 2026-cı ilin may ayında sülhə ən yaxın nöqtədəyik”, - deyə Poroşenko vurğulayıb.

Keçmiş dövlət başçısı hesab edir ki, Kiyev hazırkı mərhələdə əsas diqqəti atəşkəsin əldə olunmasına yönəltməlidir.

Poroşenkonun sözlərinə görə, münaqişənin dayandırılması və hərbi əməliyyatların sonlandırılması istiqamətində səylərin artırılması vacibdir


Sizin reklam burada
Sizin reklam burada