Ərdoğan Qarabağa yola düşdü

Ərdoğan Qarabağa yola düşdü
12:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edib.

News365.az xəbər verir ki, Zəfər Günü münasibətilə Azərbaycana gələn Ərdoğanı İstanbulun Atatürk hava limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul şöbəsinin rəhbəri Abdullah Özdemir yola salıblar.

Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edir.

Səfər çərçivəsində Ərdoğan İlham Əliyevlə ikitərəfli görüş keçirəcək. Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, səfər 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada