Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Azərbaycanda akkreditə olunmuş diplomat nümayəndələrinin Şuşaya rəsmi səfəri baş tutub.
Musavat.com xəbər verir ki, Şuşaya gələn qonaqlar məşhur opera müğənnisi Bülbülün ata evi – hazırda Bülbülün ev-muzeyi olan binanı da ziyarət ediblər. Burada diplomat nümayəndələrinə Azərbaycan musiqi və teatr tarixi haqqında təqdimat verilib. Eyni zamanda, Polad Bülbüloğlu muzeyin filial rəhbəri olaraq qonaqları qarşılamaq üçün evdə şəxsən iştirak edib.
Qonaqlar, həmçinin Şuşanın digər tarixi mədəni obyektləri ilə tanış olublar.
Polad Bülbüloğlunun qonaqları qarşılaması kadrlarını təqdim edirik: