Azərbaycanda 63 nəfəri GÜN VURDU

Azərbaycanda 63 nəfəri GÜN VURDU
16:01

İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

Bu barədə News365.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib:

"Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.

Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib".


Sizin reklam burada
Sizin reklam burada