Batumi–İstanbul reysi hava şəraiti səbəbilə Samsuna yönləndirildi

Batumi–İstanbul reysi hava şəraiti səbəbilə Samsuna yönləndirildi
15:54

Batumi–İstanbul aviareysi güclü hava şəraiti səbəbindən planlaşdırıldığı kimi həyata keçirilə bilməyib.

News365.az xəbər verir ki, Gürcüstanın InterPress.ge informasiya portalına əsasən, təyyarə Batumi Beynəlxalq Hava Limanına enmək üçün bir neçə dəfə cəhd etsə də, hava şəraitinin əlverişsizliyi buna imkan verməyib. Nəticədə hava gəmisinin marşrutu dəyişdirilərək Türkiyənin Samsun şəhərinə istiqamətləndirilib.

Batumi hava limanından bildirilib ki, bu gün üçün cəmi 23 uçuşun həyata keçirilməsi nəzərdə tutulub. Lakin əlverişsiz hava şəraiti bu reyslərə təsir göstərə bilər.

Hazırda Batumidə intensiv yağış müşahidə olunur, bu da hava nəqliyyatında gecikmələrə və dəyişikliklərə səbəb olur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada