Türkiyənin Konya şəhərinin Meram rayonunda zibil konteynerinin yanında tərk edilmiş halda tapılan yeni doğulmuş körpə xəstəxanaya yerləşdirilərək müalicəyə götürülüb. Hadisə ilə bağlı körpənin anası, atası və atasının həyat yoldaşı polis tərəfindən saxlanılıb.
Ətrafdakı sakinlərin zibil konteyneri yanında körpə ağlamasını eşidərək hüquq-mühafizə orqanlarına məlumat verməsi nəticəsində əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Tibbi müayinədən sonra körpənin yeni doğulduğu müəyyənləşdirilib və dərhal xəstəxanaya aparılıb.
Konya Əmniyyət Müdirliyinin Asayiş Şöbəsinə bağlı Cinayət Axtarış Bürosunun apardığı araşdırmalar nəticəsində körpənin anasının 25 yaşlı Əfqanıstan vətəndaşı S.G.N., atasının isə 33 yaşlı həmvətəni M.Y.Ö. olduğu müəyyən edilib. Soruşturma çərçivəsində M.Y.Ö.-nün 29 yaşlı həyat yoldaşı R.Ö. də saxlanılıb.
Hazırda adıçəkilən şəxslərin polis idarəsində istintaqı davam etdirilir.