Türkiyənin tanınmış aktyoru Şener Şenin Altsheymer xəstəliyinə tutulduğu barədə iddialar magazin gündəminə bomba kimi düşüb. Məşhur aktyor yayılan bu məlumatlara aydınlıq gətirib.
News365.az xəbər verir ki, ölüm və xəstəlik xəbərləri ilə gündəmdə olan və bu səbəbdən "fəlakət carçısı" ləqəbi ilə tanınan Onur Akay, Şener Şenin Altsheymerə yaxalandığını iddia edib. Lakin aktyor bu iddianı qəti şəkildə təkzib edib.
"Sağlamlığım tamamilə yerindədir. Zaman-zaman yayılan bu cür xəbərlər əsassız və yersizdir. İçimə sinən bir ssenari ilə qarşılaşdığım zaman yenidən tamaşaçılarla görüşəcəyəm", – deyə Şener Şen bildirib.
Xatırladaq ki, aktyor son 8 ildə Türkiyə və Avropanın müxtəlif şəhərlərində səhnəyə qoyulan “Zəngin Mətbəx” tamaşasını 10 iyun tarixində Harbiye Cemil Topuzlu Açıqhava Teatrında son dəfə təqdim edib.
News365.az