Bakıda itkin düşən 20 yaşlı qadın tapılıb

Bakıda itkin düşən 20 yaşlı qadın tapılıb
04 Avq 2025 22:30

Bakının Xəzər rayonunda itkin düşən 20 yaşlı Şəfa Bayrızadə tapılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmüş kimi axtarışa elan olunan 20 yaşlı Şəfa Bayrızadə polis əməkdaşları tərəfindən tapılıb. Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.


Sizin reklam burada
Sizin reklam burada