Peskov: "Münasibətlərin normallaşması üçün sanksiyalar dayandırılmalıdır"

Peskov: "Münasibətlərin normallaşması üçün sanksiyalar dayandırılmalıdır"
14:10

Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin normallaşması digər məsələlərlə yanaşı, anti-Rusiya sanksiyalarının ləğvini tələb edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov briffinq zamanı deyib.


O qeyd edib ki, Rusiya rəhbərliyi əvvəllər olduğu kimi indi də Qərbin sanksiyalarını qanunsuz hesab edir. 

“Əlbəttə, əgər biz ikitərəfli münasibətlərin normallaşdırılmasından danışırıqsa, o zaman onları bu mənfi qondarma sanksiyalar yükündən azad etmək lazımdır”, - Kreml nümayəndəsi vurğulayıb.

Bununla belə o əlavə edib ki, Moskva hələ də sanksiyaların mümkün ləğvi ilə bağlı Vaşinqtondan heç bir rəsmi açıqlama eşitməyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada