Starmer Trampa zəng etdi

Starmer Trampa zəng etdi
17:27

Böyük Britaniyanın baş naziri Key Starmer martın 3-ü axşam saatlarında ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.     

News365.az-ın məlumatına görə, Britaniya baş nazirinin sözçüsü Starmerin ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə bağlı xəbərdar edilib-edilmədiyini söyləməkdən imtina edib. 

"Baş nazir və prezident Tramp eyni nəticəyə - Ukraynada təhlükəsiz və davamlı sülhə sadiqdirlər". 

Qeyd edək ki, Martın 2-də Key Starmer Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək, liderlərin Ağ Evdəki mübahisəsindən sonra onu Donald Trampla münasibətləri yaxşılaşdırmağa inandırmağa çalışıb. Böyük Britaniyanın baş naziri daha sonra Amerika prezidentinə zəng edib, lakin o, danışıqları bərpa etməzdən əvvəl gərginliyin səviyyəsini azaltmağın lazım olduğunu deyib.  Britaniya Fransa ilə birlikdə atəşkəsdən sonra Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsini təklif edib.


Sizin reklam burada
Sizin reklam burada