"Təəssüf ki, Azərbaycanın təhsil sistemi inklüzivliyə hazır deyil. İnklüziv uşaqlar 4 il oxuyur və sonrakı illərdə təhsil sistemindən uzaq qalırlar".
News365.az xəbər verir ki, bu sözləri İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Qadınların İqtisadi Gücləndirilməsi üzrə Rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova bildirib.
N.Məmmədova fərqli insanlara iş sferasında nadir hallarda rast gəlindiyini təəssüf hissi ilə diqqətə çatdırıb:
"Mən Aytən Eynalova ilə söhbət edəndə autizmli fərdlərin işi barədə danışdıq. Onun autizm spektr pozuntusundan əziyyət çəkən oğlu Həmzənin bütün yeməklərə "Kaşalata" deməsi nəticəsində eyni adlı kafe açdıq. Hazırda "Kaşalata" kafedə 10 nəfər autizmli gənc işləyir. Bizim missiyamız Azərbaycanda daha inklüziv cəmiyyətin qurulmasıdır".