Rayon rəhbərini küçədə belə güllələdilər - VİDEO

Rayon rəhbərini küçədə belə güllələdilər - VİDEO
15:45

Rusiyada məmura qarşı dəhşətli sui-qəsd hadisəsi baş verib. Yerli medianın yaydığı məlumata görə, Altay diyarının Zavyalovski rayonunun rəhbəri Nikolay Onişenko küçənin ortasında güllələnərək qətlə yetirilib. 

 Onun qətli kameraya düşüb. Videonu Mash Siberia Telegram kanalı yayıb.

Martın 4-də İstintaq Komitəsinin Altay diyarı üzrə İstintaq İdarəsi bəyan edib ki, Zavyalovo kəndində 45 yaşlı Anatoli Fenin rayon rəhbərini silah ilə vurub. O, bundan sonra öz avtomobilində intihara cəhd edib. Qatil sağ qalıb və tibb müəssisəsinə aparılıb. Mash Telegram kanalı onun üzünün deformasiyaya uğradığını, ona görə də dindirilmənin hələ mümkün olmadığını bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada