"Qəbul edilən qərarların arxasında müəyyən siyasi mərkəzlərin iradəsi dayanır və onlar Ermənistanı ideoloji cəhətdən hazırladıqları bu prosesdə yeni bir hərbi qarşıdurmaya sürükləmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər."
Politoloq Aytən Qurbanova bunu News365.az-a açıqlamasında deyib.
"Onların nəşrlərinə nəzər yetirsək, açıq şəkildə görərik ki, şüuraltı mesajlar vasitəsilə qarşıdakı altı ay ərzində iki ölkə arasında gərginlik və hərbi qarşıdurma ehtimalının yüksək olduğunu göstərməyə çalışırlar.
Lakin bu ehtimalı dəyərləndirərkən günahkar tərəfin kim olduğu məsələsi ortaya qoyulmur. Azərbaycan sülh danışıqlarında kifayət qədər konstruktiv mövqe sərgiləyib. Əgər atəşkəsin pozulması ilə bağlı Ermənistanın atdığı təxribat xarakterli addımlara Azərbaycan adekvat cavab versəydi, çoxdan hərbi qarşıdurma baş verə bilərdi."