Tusk ABŞ-nin Polşa vasitəsilə Kiyevə yardımını dayandırdığını təsdiqləyib

Tusk ABŞ-nin Polşa vasitəsilə Kiyevə yardımını dayandırdığını təsdiqləyib
16:20

Donald Tusk ABŞ-nin Polşa üzərindən Ukraynaya hərbi yardımını dayandırdığını təsdiqləyib. Xarici KİV-in yaydığı məlumata görə, o, bu barədə Polşa Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.


"Sərhəddən, Yasenkadakı mərkəzdən gələn xəbərlər Amerika tərəfinin bəyanatlarını təsdiqləyir", - Polşanın baş naziri müvafiq sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural


Sizin reklam burada
Sizin reklam burada