Oruclu olarkən başınız ağrıyırsa, bunları edin!

Oruclu olarkən başınız ağrıyırsa, bunları edin!
17:06

Ramazan ayında ən çox rast gəlinən narahatlıqlardan biri də baş ağrısıdır. Bütün bədənin həyati funksiyalarına mənfi təsir göstərən baş ağrıları uzun müddətli oruc zamanı yaşandıqda bir az daha şiddətli hiss olunur.

News365.az “haber 7”yə istinadla xəbər verir ki, əslində orqanizmin istirahət dövrü olan Ramazanda qeyri-sağlam qidalanma və kifayət qədər yuxu almamaq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlardan biri də baş ağrısıdır.

Aclıq və susuzluq prosesinə öyrəşməyə çalışan sinir sistemi bədəndə ani gərginlik və sıxılmalara səbəb olur. Bu vəziyyət xüsusilə işləyən şəxslərdə özünü daha çox büruzə verir. Erkən işə başlamaq və uzun iş saatları bu riski artırır. Orucluq dövründə heç bir dərman və qida qəbul etmədən də bu vəziyyətin qarşısını almaq olar.

Bədən istiliyindəki dəyişikliklər sinus yollarının daralmasına səbəb olur. Buna uzun müddətli susuzluq əlavə edildikdə baş ağrısı yaranır. Ancaq bu vəziyyət yaranmamışdan əvvəl hər saat təmiz havaya çıxmaq və orta hesabla 13-15 dəqiqə təmiz havada dincəlmək bu vəziyyətin yaranmasının qarşısını alacaq.

Aclıq və ya susuzluq səbəbiylə orqanizm enerji anbarlarına çevrildiyi üçün sinir sistemində tıxanmalar meydana gəlir. Beyinə kifayət qədər qan axını olmadıqda, xüsusilə frontal loblarda ağrı meydana gəlir. Ən sadə üsul soyuq kompresdir. Alnınıza və boynunuza soyuq su torbası və ya buz kubları yerləşdirilə bilərsiniz. Ani soyuğa məruz qalma qan axınının dəyişməsinə səbəb olur. Bununla belə, müəyyən müddətə uzanmaq da faydalıdır.

Nanə və çay ağacı yağı da baş ağrılarına çox təsir edir. Bu yağlarla ayaqlarınıza, biləklərinizə və boynunuza masaj edə, həmçinin həddi aşmadan bir az qoxlaya bilərsiniz. Tərkibində güclü həlledicilər olduğundan sinirlər qoxu vasitəsilə alınan təsirlə stimullaşdırılır. Qan dövranı asanlaşır.

Xüsusilə günorta saatlarında yarım saatdan bir saata qədər yatmaq baş ağrılarını aradan qaldıra bilər.

Miqren və sinüzitdən qaynaqlanan baş ağrıları üçün mütləq mütəxəssislərin tövsiyə etdiyi dərmanlar qəbul edilməlidir. Oruc tutarkən baş ağrısının qarşısını almaq üçün iftar ilə sahur arasında, həmçinin sahur zamanı müəyyən qidalar istehlak edilməlidir. Məsələn, iftar və sahur arasında baş ağrısı şikayətlərini azaltmaq üçün şəkərsiz türk qəhvəsi və ya limonlu çay için. Sahurda qatıq, pendir kimi qidalardan istifadə edin. Karbohidratları yüksək olan qidalardan mütləq uzaq durun. Xüsusən xəmir xörəkləri, qızardılmış kartof və s. yeməyin. Sahurda bol-bol limonlu göyərti yeyin. İftar və sahur arasında mütləq 2,5 litr su için. Bundan əlavə, o, alma yeyə və ya alma çayı içə bilərsiniz.


Sizin reklam burada
Sizin reklam burada