"Trampın bu addımının Avropanı, xüsusilə də Rusiya-Ukrayna danışıqlarında Birləşmiş Ştatların mövqeyini dəstəkləməyə cəlb etmək mahiyyəti daşıdığı görünür."
Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib.
"Hərbi xərclərin artırılması ilə bağlı məsələ Tramp administrasiyası tərəfindən onun birinci prezidentlik dövründə də Avropa dövlətlərindən tələb olunmuşdu. Lakin çox təəssüf ki, bir çox Avropa ölkəsi bu məsələyə olduqca məntiqli yanaşdı və bu gün həmin yanaşmanın nəticələrini görməkdədir."
"Bununla yanaşı, həmin Avropa ölkələrinin NATO-da üzv olması və NATO-ya üzv dövlətlər kimi bir sıra öhdəlikləri yerinə yetirmək məcburiyyətində olmaları da vacib amildir. Eyni zamanda, Birləşmiş Ştatlar da bu öhdəliklərin yerinə yetirilməsində rol oynayır. Bu da onu deməyə əsas verir ki, əgər Avropa istənilən bir təhlükə ilə üz-üzə qalarsa, Birləşmiş Ştatlar da orada iştirak edəcək.
Bundan əlavə, Birləşmiş Ştatların Avropadakı hərbi kontingentinin çıxarılması ehtimalı regionda nüvə silahlarının statusunu da ciddi şəkildə sual altına qoyur. Çünki Vaşinqton hazırda həmin ölkələrdə təxminən 7.000 nüvə silahına nəzarət edir. Mö