Hindistanın ən böyük hindu məbədində terror aktının qarşısı alınıb

Hindistanın ən böyük hindu məbədində terror aktının qarşısı alınıb
15:20

Hindistanın təhlükəsizlik qüvvələri Uttar Pradeş ştatının şimalında yerləşən ən böyük hindu məbədi olan Ram Janmabhoomidə terror aktının qarşısını alıb. Bu barədə NDTV kanalı mənbələrinə istinadən məlumat yayıb.


Qeyd olunub ki, şübhəli şəxs Uttar Pradeş ştatının Feyzabad şəhər sakini 19 yaşlı Abdul Rehman olub. O, kuratorun ona verməli olduğu ən azı iki əl qumbarasını məbəddə partlatmaq niyyətində imiş. Haryana Xüsusi Təyinatlı Qüvvələri və Qucarat Terrorla Mübarizə Qrupunun bir qrupu terror planına dərhal cavab verib və Rehmanı tutublar. Məhkəmə onun barəsində 10 sutka həbs qətimkan tədbiri seçib.

Tural


Sizin reklam burada
Sizin reklam burada