"Trampın bu siyasətə nə dərəcədə sadiq qalacağı müəmmalıdır"- Elçin Mirzəbəyli

"Trampın bu siyasətə nə dərəcədə sadiq qalacağı müəmmalıdır"- Elçin Mirzəbəyli
15:10

"Trampın yanaşmasında Vaşinqtonun xarici siyasətində varislik missiyasının dəyişdiyi açıq şəkildə görünür. Yəni onun Bayden administrasiyasının imzaladığı sazişləri konkret və ardıcıl şəkildə həyata keçirəcəyi hələ də sual altındadır."

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu News365.az-a şərh edib. 

"Bu aspektdən də Ərdoğanla imzalanan strateji sazişin yaxın 4 il ərzində ciddi şəkildə və tam olaraq icra olunacağını müşahidə edirəm. Hələ saziş imzalanarkən bəzi nüfuzlu ekspertlər bunu Baydenin genişmiqyaslı planının bir hissəsi kimi qiymətləndirmişdilər. Yəni Ermənistanı siyasi və iqtisadi baxımdan dəstəkləmək yeni administrasiyanın üzərində qalacaq. Lakin Trampın bu siyasətə nə dərəcədə sadiq qalacağı və buna tam əməl edib-etməyəcəyi isə hələ də müəmmalıdır."


Sizin reklam burada
Sizin reklam burada