Ramazanda qılınan namaz nədir? - Tural İrfan yazır

Ramazanda qılınan namaz nədir? - Tural İrfan yazır
09:17
Təravih namazı Ramazan axşamlarında qılınan nafilə namazlardandır. Bəzi cərəyanlarda 8, bəzilərində 20 rükət olaraq və daha fərqli saylarda cəm və ya fərdi qılınır. Peyğəmbər zamanında camaatla qılınmayıb. Sonralar camaatla qılınmağa başlayıb...
Adətən camaatla fərz və bəzi fəqihlərə görə vacib namazlar cəm qılınır. Sünnət və müstəhəb, nafilə namazlar camatla qılınmır. Lakin məşhur ənənəyə əsasən nafilə namaz olan təravih namazı camatla qılınır.
Tək də qılmaq olar, camaatla da. Rükət sayı əsasən 8-20 arasında dəyişir.
"Məcmaül - Fəvaid"də Zeydi alimlərindən İmam Məcidəddin Müəyyədə görə camaatı, Peyğəmbər zamanında olmayıb deyə bu namazdan məhrum etmək olmaz. "Ələq" surəsinin 9-10 - cu ayələrində buyurulur: "Namas qılan bir bəndəyə mane olanı gördünmü?"
İmam Əli əleyhissəlam bu nafilə namaza fərz hesab etməmək şərti ilə icazə verib. Ancaq əhalinin bunu sünnət hesab etmə inancı ehtimalı ortaya çıxınca mane olduğu da olub. Çünki bu cür cəm qılmaq sünnət deyildir.
Odur ki, istər fərdi, istərsə də camaatla təravih namazı qılmağı yanlış hesab etmək olmaz. Sadəcə bunu vacib və ya sünnət hesab etmək yanlışdır. Nafilə, müstəhəb namazlardandır...
Tural İrfan, İlahiyyatçı yazar

Sizin reklam burada
Sizin reklam burada