İranda ayətullah Əli Xameneinin öldürülməsindən sonra onun dəfn olunacağı yer barədə müzakirələr davam edir.
Ekspertlər və media orqanları bir neçə ehtimalı önə çəkir.
Mümkün variantlar arasında İmam Xomeyninin məqbərəsinin yanında dəfn olunması, Məşhəd şəhərindəki İmam Rzanın türbəsində və ya Qumdakı Fatimə Məsumənin ziyarətgahında dəfn olunması göstərilir.
Bəzi analitiklər isə Qumdakı Cəmkəran məscidində dəfn olunmasını daha real hesab edirlər.
Rəsmi qərar hələ açıqlanmayıb.