Azərbaycan Efiopiya münasibətləri inkişaf edir

Azərbaycan Efiopiya münasibətləri inkişaf edir
14:17

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycanda rəsmi səfərdə olub. Səfər fevralın 28-i başa çatıb.

Milli Məclisin deputatı Rasim Musabəyov bu səfərin əhimiyyəti barədə News365.az-a danışıb.

Deputat bildirib ki, Baş nazirin Azərbaycana səfəri Efiopiya Azərbaycan münsaibətlərinin inkişafına təkan verəcək:

“Eiopiya Afrikada ən nüfüzlu ölkələrindən biridir. Yüz milyona yaxın əhalisi olan ölkənin qədim tarixi var. Efiopiya həm də Qoşulmama Hərəkatının yaradıcılarından birirdir. Azərbaycan həmən hərəkata sədirlik edəndə hərakatı dircəltdi, yenidən siyasi səhnədə öz mövcudluğunu, siyasi təsirini nümayiş etdirməsinə səbəb oldu. Bu da iki ölkə arasındakı münasibətləri yaxşılaşdırdı. Bu baxımdan münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır. Baş nazirin ölkəmizə səfəri həm Efiopiya Azərbaycan münasibətləri üçün həmdə Qoşulmama Hərakatı üçün müsbət nəticələr verəcək”.

Millət vəkili qardaş ölkə Türkiyənin  Afrikada nümayiş etdirdiyi siyasətdən də söz açıb. O, bildirib ki, Türkiyə Afrikada öz təsirini gücləndirməyə çalışır: 

“Azərbaycan daim Türkiyə ilə münasibətlərdə çiyin-çiyinə olub. Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin ölkəmizə səfəri Azərbaycan və Türkiyənin Afrika ölkələri ilə münasibətlərinə də müsbət təsirini göstərəcək".


Sizin reklam burada
Sizin reklam burada