“63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra
orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər. Mən də onlara qoşuluram. Lakin
bir şərtlə: Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Universitetə
bağışlayacam”.
News365.az xəbər verir ki, bunu özünün sosial səhifəsində sabiq
millət vəkili Etibar Əliyev yazıb.
O əlavə edib ki, yəni kitablar məni bayıra
atmamışdan əvvəl bunu edəcəm:
“Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış
alimin kitabı var. Orqanlar
nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq.
Hamınıza
uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə gənc nəsilə yetərincə bilik
verə bilmədik. Günahkarıq…
Əslində
zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə
işlədi. Biz də zamanın əleyinə...”