Ceyhun Bayramov iranlı həmkarına Xameneinin həlak olması ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov iranlı həmkarına Xameneinin həlak olması ilə bağlı başsağlığı verib
14:55

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı İran Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Xarici İşlər Nazirliyindən  verilən xəbərə görə, telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.


Sizin reklam burada
Sizin reklam burada