Vuçiç: Serbiyanın diplomatları İrandan Azərbaycana təxliyə olunacaq

Vuçiç: Serbiyanın diplomatları İrandan Azərbaycana təxliyə olunacaq
16:40

Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmayıb, lakin bina qəlpələrin düşməsi nəticəsində zədələnib.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

"Zərbələrdən biri Bəsicin bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - Vuçiç deyib. Dövlət başçısı Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana yollanacağını, lakin sonra Tehrana qayıdacağını dəqiqləşdirib.

Vuçiç əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.


Sizin reklam burada
Sizin reklam burada