Pezeşkian: Xameneinin ölümünün qisası alınacaq

Pezeşkian: Xameneinin ölümünün qisası alınacaq
15:35

İran Ali rəhbər Əli Xameneinin ölümünün qisasını almağı özünün hüququ bilir.

Bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

"İran İslam Respublikası ədalətin və qisasın təmin edilməsini borc və qanuni haqq hesab edir, biz bu öhdəliyi yerinə yetirmək üçün bütün mümkün səyləri göstərəcəyik", - o deyib.

İran hakimiyyəti bazar gününə keçən gecə Xameneinin ölümünü təsdiqləyib. İsrailin Müdafiə Ordusu isə məsuliyyəti öz üzərinə götürüb.


Sizin reklam burada
Sizin reklam burada