Putin Xameneinin ölümünü “həyasız qətl” adlandırıb

Putin Xameneinin ölümünü “həyasız qətl” adlandırıb
14:47

Rusiya prezidenti Vladimir Putin İran lideri Əli Xameneinin ölümünü beynəlxalq hüququn pozulması aktı kimi qınayıb və mərhumun Rusiya-İran münasibətlərinə verdiyi böyük töhfəni qeyd edib.

 Rusiya prezidenti hadisəni "bütün insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan həyasız qətl" adlandırıb.

O bildirib ki, Xamenei Rusiyada İran və Rusiya arasındakı münasibətlərə "böyük töhfə" verən "görkəmli dövlət xadimi" kimi xatırlanacaq.

Putin həmçinin İran prezidenti Məsud Pezeşkiana və İran xalqına başsağlığı verib.


Sizin reklam burada
Sizin reklam burada