Cəlilabadda yağışlar su anbarında təhlükə yaratdı

Cəlilabadda yağışlar su anbarında təhlükə yaratdı
16:40

Cəlilabadda ötən gündən başlayan intensiv yağışlardan sonra Mişarçayda suyun səviyyəsi kəskin artıb.

News365.az xəbər verir ki, hazırda çaydan sel keçir.

Həmçinin rayonun Uzuntəpə su anbarında suyun həcmi maksimum həddə çatıb. Anbarda subasma təhlükəsi yarandığı üçün əraziyə texnika cəlb olunub. Eləcə də müvəqqəti bəndlər qurulub.

Hazırda su anbarında daşqın təhlükəsi var. Təhlükənin artacağı təqdirdə suyun təhlükəsiz ötürülməsi üçün anbarın qarşı hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada