Pediatrdan ÇAĞIRIŞ: Uşaqları yandırmayın

Pediatrdan ÇAĞIRIŞ: Uşaqları yandırmayın
09:07

İsti havalarda çoxları çimərliyə üz tutur. Və belələri bütün günü çimərlikdə keçirir. Təbii ki, uşaqları da özləri ilə götürürlər.

Bəs qızmar günəş altında uşaqların vaxt keçirməsi nə qədər doğrudur?

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyib ki, bu qətiyyən doğru deyil:

“Uşaqları çimərlikdə yandırmayın. İstirahətə aparırsınız, amma yanıqla qayıdır körpələr. Evdə də əlinizə nə keçir çəkirsiniz yanığa. Diş məcunu, yumurta, bal... Yəni soyuducuda nə var hamısını yanığa niyə çəkirsiniz?! Olmaz! Həkiməqədər yanıq sahəsinə soyuq kompreslər etmək olar. Pantenol çəkin, amma üstündən sarımayın. Suluqlar varsa, mütləq həkimə müraciət edin. !ynə filanla suluğu deşib infeksiyaya şərait yaratmayın. Yandırmayın uşaqları”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada