"Paşinyan və müdafiə naziri ordunu talayır" -Erməni siyasətçi

"Paşinyan və müdafiə naziri ordunu talayır" -Erməni siyasətçi
07 Yan 2025 15:54

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, siyasi fəal Edqar Kazaryan diqqət çəkən məlumat yayıb. O, sosial şəbəkə hesabında “Vətənin oğruları əsgər payını da oğurlamağa başlayıblar" başlıqlı status paylaşıb.

Siyasi fəal xatırladıb ki, bu gün müddətli həqiqi hərbi xidmətə qış çağırışı başlayıb. Baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanın isə ordunu qarət edir: "Onların ordunu necə talamasını, əsgər payını necə oğurlamalarını Facebook-dakı müxtəlif paylaşımlardan, mağaza reklamlarından aydın şəkildə görmək olar. Məsələn, İrəvanın bütün rayonlarında və Ermənistanın demək olar ki, hər bir şəhərlərində- xüsusən də ordu hissələrinin olduğu yerlərdə müxtəlif hərbi texnika və ləvazimat satan mağazalarda əsgərə lazım olan hər şeyi qış çağırışı üçün xüsusi aksiya kimi təqdim edirlər. Təbii ki, bütün bunların yeganə alıcısı əsgər valideynləri ola bilər... Əlbəttə bütün bunları dövlət özü əsgərə verməsə, valideynlər məcbur qalıb almalıdır. Nikol Paşinyan və Suren Papikyanın saxladığı ordu və əldə etdikləri "qənimətlər" barədə hər bir ağıllı insan özü nəticə çıxarmalıdır”.

Tural


Youtube kanalımız