Paşinyan "taxt"ını qorumaq üçün savaş başladacaq?

Paşinyan "taxt"ını qorumaq üçün savaş başladacaq?
11:33

"Əgər biz Ermənistanın mövcud siyasi mənzərəsinə diqqət etsək, görərik ki, həqiqətən də Nikol Paşinyan təkcə Ermənistan cəmiyyətinə deyil, həm də onun əsas aparıcı gücü olan Ermənistan ordusuna tam nəzarəti bərqərar edə bilmir. Bu gün hətta kilsənin belə Ermənistan ordusu üzərində müəyyən təsir rıçaqları mövcuddur."

Politoloq Taleh Əliyev bunu News365.az-a açıqlamasında deyib. 


"Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarlarının, onların hakimiyyəti dövründə vəzifə tutmuş şəxslərin hələ də Ermənistan ordusunda mövcud olması Nikol Paşinyanın orduya tam nəzarət etmədiyini göstərir. Və nəzərə alsaq ki, Ermənistan ordusu Nikol Paşinyanın hakimiyyətinə qədər, hətta onun hakimiyyətinin ilk mərhələlərində daha çox Moskvadan idarə edilən bir ordu olub və bu ölkənin Rusiya siyasətçiləri tərəfindən “forpost” (irəli dayanacaq) adlandırılıb, bu baxımdan hələ də Ermənistanda, təkcə cəmiyyətin ayrı-ayrı təbəqələrində deyil, elə ordunun içərisində də “dondurulmuş hücrə” adlandırılan Rusiya ilə bağlı qrupların olması istisna edilmir.

Mən Nikol Paşinyanın Azərbaycanla aparılan danışıqlarla paralel olaraq belə bir təxribat törətməsini inandırıcı hesab etmirəm. Çünki bu cür təxribatların davam etməsi üçün bir ildən də az vaxt qalır. Çünki Ermənistanda son parlament seçkiləri 2021-ci ilin iyun ayında keçirilib. Bir neçə aydan sonra Ermənistanda növbəti parlament seçkiləri olacaq. O zamana qədər Nikol Paşinyan ölkə daxilində xalqı müəyyən dəyişikliklərin baş verdiyinə inandıra bilməsə, onun hakimiyyətinin sonu gələcək. Onun hakimiyyətinin sonu isə rəqiblərinin hakimiyyətə gəlməsi deməkdir ki, bu da hətta onun həyatı üçün təhlükə yarada bilər."


Sizin reklam burada
Sizin reklam burada