“Ermənistan ərazi iddiasını konstitusiyasında qoruyub saxlayır”- Elçin Mirzəbəyli

“Ermənistan ərazi iddiasını konstitusiyasında qoruyub saxlayır”- Elçin Mirzəbəyli
10:16

“Mən proseslərin vətəndaşlarımızın gözü qarşısında baş verdiyini nəzərə alaraq, real mənzərə haqqında danışmaq istəyirəm. Məsələ ondan ibarətdir ki, sülh müqaviləsinin mətni ilə bağlı əldə olunmuş razılaşma hələ etimadlı və təminatlı sülhün əldə olunması demək deyil. Çünki Ermənistan təcavüzkar ölkədir və uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayıb.”

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bu sözləri News365.az-a açıqlamasında deyib. 

“Bu təcavüzün nəticələri hələ də sahədə qalmaqdadır – faktiki olaraq, dağıdılmış ərazilər bərpa olunmayıb, məcburi köçkünlər öz evlərinə tam qayıda bilməyiblər. Münaqişənin əsas səbəbi Azərbaycanlıların deportasiyası və separatçı hərəkətlərin başlanması olub. Bu gün etimadlı münasibətlərin bərpa olunması üçün ilk növbədə münaqişənin kökündə dayanan məsələlər həll edilməli, cinayətkarlar cəzalandırılmalı və Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməlidir.

Mövcud şəraitdə Azərbaycanın Ermənistan qarşısında etimad formalaşdırmaq üçün heç bir əsası yoxdur, çünki münasibətlərin pozulmasında Azərbaycan tərəfinin heç bir rolu olmayıb. Regionda baş verən proseslər, işğal faktı, soyqırımı, etnik təmizləmə və digər ağır hərbi cinayətlər məhz Ermənistan və onun siyasi rəhbərliyinin məsuliyyətindədir.

Bu gün belə, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və bunu öz konstitusiyasında qoruyub saxlayır. Belə bir vəziyyətdə Ermənistanla sülh müqaviləsi imzalamaq paradoksal olardı. Ərazi iddialarının hüquqi sənədlərdə yer aldığı bir şəraitdə uzunmüddətli sülh və stabillikdən danışmaq mümkün deyil.”


Sizin reklam burada
Sizin reklam burada