"Ermənistan nə birinci, nə də axırıncı dəfə absurd təkliflərlə çıxış edir. Əvvəla, biz müharibə şəraitindəyik və sülh müqaviləsinin uzadılması, yaxud imzalanmaması məhz Ermənistanın mövqeyindən irəli gəlir."
Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a açıqlamasında deyib.
"Belə təkliflər irəli sürməklə reallıqdan qaçmaq, silahlanmanı sürətləndirmək və revanşist təxribatlar üçün zəmin yaratmaq məqsədi güdürlər. Ona görə də Ermənistanın niyyəti aydındır.
Ermənistan anlamalıdır ki, o, məğlub olan tərəfdir və Azərbaycanla sülh sazişi imzalamaqdan yayınaraq sülh manipulyasiyası ilə məşğuldur. Əslində, Ermənistanın məqsədi hər hansı bir qarşılıqlı nəzarət mexanizmi yaratmaq deyil. Sadəcə olaraq, Ermənistanın sülh tərəfdarı obrazını formalaşdırmaq və bu məsələ üzərindən manipulyasiya etməkdir. Dəyərli xalq, məqsəd Azərbaycanın sülh istəməyən tərəf kimi təqdim edilməsi və bu obrazın yaradılmasıdır."