Paşinyan silahları və ordunu bu səbəbdən küçəyə çıxarır

Paşinyan silahları və ordunu bu səbəbdən küçəyə çıxarır
13:51

Erməni nəşri: “Hökumət Moskvaya müdafiəsiz olmadığını və lazım gələrsə, öz silahlı qüvvələrinə güvənə biləcəyini nümayiş etdirmək istəyir”

Mayın 28-də Ermənistanın məzuniyyətdə olan baş naziri Nikol Paşinyan Respublika Meydanında hərbi parad keçirməyə hazırlaşması Moskva ilə gərginləşən münasibətlər fonunda xüsusi diqqət çəkir.

Xüsusilə revanşistlərə yaxın mediada ən müxtəlif təhlillər verilir. “Azərbaycan buna etiraz etməyib. Baxmayaraq ki, nümayiş etdirilən silahları özünə qarşı yönəlmiş kimi qəbul etdiyini və bunu erməni revanşizminin təzahürü hesab etdiyini bəyan edə bilərdi. Lakin Bakı səssiz qalır, görünür, bu qoşunların, silahların və texnikanın Azərbaycanla heç bir əlaqəsi olmadığına əmindir. Onda sual yaranır: bu parad niyə keçirilir və kimə qarşı yönəlib?” deyə, hraparak.am yazır.
Picture backgroundNəşr 28 may paradının bir neçə mesajı olduğunu yazır: “Bir nəzəriyyə görə, parad yalnız daxili siyasi, seçkiqabağı məqsədləri - hökumətin öz gücünün ictimaiyyətə nümayişini hədəfləyir. Başqa sözlə, hədəf xarici düşmən deyil, daxili müxalifət və mövcud hökumətə qarşı səs vermək niyyətində olan vətəndaşların bir hissəsidir. Paşinyan öz ictimaiyyətinə silah və qoşun nümayiş etdirməklə, sanki deyir: "Baxın bizə qarşı olsanız, nə ilə qarşılaşarsınız...".

Başqa bir versiya isə paradın nəhəng hökumət xərclərini əsaslandırmaq üçün lazım olduğudur: “Son səkkiz ildə Ermənistanın xarici borcu 8 milyard dollardan çox artıb və hərbi texnikanın nümayişi ictimaiyyətə bu vəsaitlərin necə xərcləndiyini izah etmək cəhdi kimi xidmət edə bilər”.
Picture backgroundErməni nəşri yazır ki, amma “bu silahlar kimə qarşı yönəlib” sualı açıq qalır:

“Əgər hökumətin iddia etdiyi kimi, Ermənistanda sülh bərqərar olubsa, Azərbaycan artıq ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid kimi qəbul edilmirsə, onda niyə silah alışına bu qədər böyük məbləğ xərcləməlidir?

Əslində, bu parad Rusiyaya və Ermənistandakı Rusiya hərbi mövcudluğuna qarşı yönəlib. Görünür, Paşinyan Moskvaya hökumətinin göründüyü qədər müdafiəsiz olmadığını və lazım gələrsə, öz silahlı qüvvələrinə güvənə biləcəyini nümayiş etdirməyə çalışır. İlk baxışdan bu, absurd səslənir, amma çox güman ki, məhz hakimiyyətin məntiqi budur. Alen Simonyanın Rusiyanın Ukraynadakı hərəkətlərini Moskvanın Ermənistana qarşı siyasəti ilə eyniləşdirdiyi açıqlamaları, Paşinyanın çevrəsində oxşar narahatlıqların olduğunu göstərir”.Nəşrə görə,
28 mayda keçiriləcək hərbi parad Rusiyaya və onun Ermənistandakı hərbi mövcudluğuna ünvanlanmış siyasi siqnal kimi qəbul edilə bilər. Mesaj, ehtimal ki, belədir: "Bizim öz ordumuz və silahlarımız var və lazım gələrsə, özümüzü müdafiə edə bilərik” . Paşinyan hökumətinin bunu edib-etməyəcəyi isə biur başqa sualdır”.


Sizin reklam burada
Sizin reklam burada