Türkiyədə müşahidə olunan güclü yağış və fırtına İstanbulda nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Əlverişsiz hava şəraiti səbəbindən 40-dan çox təyyarə İstanbul əvəzinə digər şəhərlərin hava limanlarına yönləndirilib.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, güclü yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış binasını su basıb, 15 torpaq sürüşməsi qeydə alınıb.
Səlahiyyətlilər yaranmış vəziyyətlə əlaqədar sakinlərə və turistlərə zəruri hallar istisna olmaqla, evdən çıxmamağı tövsiyə ediblər.