Azərbaycanın bir sıra məktəbəqədər təhsil müəssisələrində abadlıq, təmir və kommunal-kommunikasiya işləri aparılacaq.
News365.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb. İdarə “Fərid” Firması ilə 15 mln 357 min manatlıq 2 müqavilə bağlayıb. Xatırladaq ki, Nazirlik bir müddət əvvəl də təmir və kommunal-kommunikasiya işləri ilə bağlı “Fərid” Firması ilə 2 ədəd – 6 mln 333 min 533 və 6 mln 458 min 271 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, “Fərid” Firması 1999-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İbrahimov Qubad Kərəm oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli ştq, Əhmədli dön.1-4, ev.9, m.12, nizamnamə kapitalı 100 manatdır.