Qusmandan İsrailə sərt sözlər: “Bu, rüsvayçılıqdır!”

Qusmandan İsrailə sərt sözlər: “Bu, rüsvayçılıqdır!”
12:06

İnformasiya müharibələrinin və xəbərin strateji əhəmiyyətinin artdığı bir dövrdə İsrailin xəbər agentliyinin olmaması ilə bağlı səsləndirilən fikir müzakirələrə səbəb olub. Tanınmış jurnalist Mixail Qusman bunu ölkənin media sahəsində ciddi çatışmazlığı kimi qiymətləndirib.

News365.az xəbər verir ki, TASS-ın baş direktorunun keçmiş birinci müavini, jurnalist Mixail Qusman bu barədə “Sheinkin40” YouTube layihəsinə müsahibəsində danışıb.

Qusman İsrailin milli xəbər agentliyinin olmamasını qəbuledilməz hesab etdiyini bildirib. O, İsraildə yaşayan xəbər aparıcılarına müraciət edərək ölkənin bu sahədə aciz vəziyyətdə olduğunu vurğulayıb.

“İsrail dünyada xəbər agentliyi olmayan yeganə ölkədir. Bu, İsrail üçün rüsvayçılıqdır. Siz bu məsələdə tamamilə acizsiniz. Mən bunu dəfələrlə təkrarlayacağam”, – deyə jurnalist bildirib.

Qusmanın sözlərinə görə, İsrail mediası Dünya Xəbər Agentlikləri Konqresində də indiyədək təmsil olunmayıb.

Jurnalist bu vəziyyəti İsrail üçün ağrılı və təəssüf doğuran hal kimi dəyərləndirib.


Sizin reklam burada
Sizin reklam burada