Əvvəldən bu işə başlayan tərəf kifayət qədər yaxşı bilir ki, indiyə qədərki təcrübəyə əsaslanaraq, müxalifətin aktivləşməsi və ətrafında tərəfdarlarını cəmləməsində əsas rol oynayan amil maliyyə faktorudur. Bu baxımdan da, hazırda müxalifətin zəiflədilməsini təmin etmək üçün əsasən həmin maliyyə imkanlarının məhdudlaşdırılması istiqamətində addımlar atılır.
Xaricdən müxalifətə gələn maliyyə vəsaitlərinin azaldılması fonunda, ölkə daxilində müxalifəti dəstəkləyən ayrı-ayrı iş adamlarının da müxalifətə olan dəstəyinin qarşısını almaq məqsədilə onlarla bağlı müvafiq tədbirlər görülür.
Nikol Paşinyanın bu tədbirləri fonunda müxalifət daha passiv mövqedə qala bilər.
Belə ki, sabiq səfir Edgar Qazaryan və “Veto” Hərəkatının rəhbəri Narek Malyan Paşinyana qarşı impiçment prosesinin başlanması üçün parlament üzvlərinə müraciət ediblər. Bu təşəbbüsün parlamentdə müzakirəyə çıxarılması üçün 36 deputatın imzası tələb olunur və bu məqsədlə 107 deputata məktub göndərilib.
Politoloq Rəşad Bayramov