Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sabah keçiriləcək iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatı dinləniləcək.
News365.az xəbər verir ki, hesabat komitə üzvlərinin müzakirəsinə təqdim olunacaq.
İclasda ailə siyasəti, qadın hüquqları, uşaqların müdafiəsi, erkən nikahlar, məişət zorakılığı, gender məsələləri və digər istiqamətlər üzrə görülən işlərin müzakirə ediləcəyi gözlənilir.
Hesabatda həmçinin il ərzində qeydə alınan statistik göstəricilər, həyata keçirilən layihələr, müraciətlərin sayı və sosial problemlərlə bağlı rəqəmlərin də yer alacağı bildirilir.
İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov və böyük məsləhətçi Sevinc Məmmədovanin iştirak edəcəyi gözlənilir.