"Paris-2024": İlham Zəkiyev bürünc medal QAZANDI

"Paris-2024": İlham Zəkiyev bürünc medal QAZANDI
07 Sen 2024 18:56

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

News365.az xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Youtube kanalımız

Oxşar xəbərlər