Vatikanın dövlət başçısı Papa XIV Leo-nun Türkiyəyə səfərinin tarixi dəqiqləşib.
News365.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Papa Leo noyabrın 27-dən 30-a kimi Türkiyədə olacaq, daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livana səfər edəcək.
Qeyd olunub ki, bu onun İtaliyadan kənara ilk rəsmi səfəri olacaq.
Papanın səfəri zamanı Yaxın Şərqdə xristianların üzləşdiyi çətinliklərə diqqət çəkəcəyi və bölgədə sülhə çağıracağı gözlənilir.