Pakistanlılar kütləvi şəkildə Hindistanı tərk edib - VİDEO

Pakistanlılar kütləvi şəkildə Hindistanı tərk edib - VİDEO
11:10

Cammu və Kəşmirdəki terror aktından sonra Nyu-Delhinin vizaları ləğv etmək qərarı ilə əlaqədar Hindistanı tərk etməli olan Pakistan vətəndaşlarının demək olar ki, hamısı ölkədən çıxıb.


News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti yazıb.


Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 24-dən etibarən 537 Pakistan vətəndaşı Hindistanın Pəncab ştatındakı Attari nəzarət-buraxılış məntəqəsi vasitəsilə ölkəni tərk edib.

Hindistan Xarici İşlər Nazirliyi aprelin 24-də Pakistan vətəndaşlarına vizaların verilməsinin dərhal dayandırılması və əvvəllər verilmiş sənədlərin aprelin 27-dən ləğv edilməsi barədə qərar qəbul etdiyini elan edib.

Pakistan vətəndaşlarına verilmiş tibbi vizalar yalnız aprelin 29-dək etibarlı olacaq.

Nyu-Delhi bu tədbirləri Hindistanın Cammu və Kəşmir ittifaq ərazisində 26 nəfərin həlak olduğu terror aktından sonra qəbul edib.





Sizin reklam burada
Sizin reklam burada