"Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir"- İlham Əliyev

"Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir"- İlham Əliyev
12:21

Özbəkistanla ikitərəfli əlaqələrin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şavkat Mirziyoyevə Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə göndərdiyi təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb:

"Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir. Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik".


Sizin reklam burada
Sizin reklam burada