Son günlər ən
çox müzakirə olunan Kəmalə Günəşli yenidən diqqət mərkəzinə düşüb. İfaçı Oqtay
Kaziminin yaradıcılığına müraciət edib. Və illərin xiti sayılan “Eşqimə şahid
zaman” mahnısını ifa edib.
Lakin Oqtay
Kazıminin oğlu Elçin Kazımi Kəmalə Günəşlinin ifasına etiraz edib. Bildirib
ki, “toy müğənnisinin bu mahnını ifa etməsi doğru deyil”.
Təbii ki, Elçin Kaziminin fikirləri birmənalı
qarşılanmayıb. Çünki ifaçıları təsnifatlaşdırmaq doğru deyil. Üstəlik bu gün
toya getməyən müğənni yoxdur. Hətta opera ifaçıları da toylara gedir. Ona görə
də “Toy müğənnisi” yanlış ifadədir.
Digər tərəfdən
Kəmalə Günəşli çoxları ilə müqayisədə mahnını yaxşı ifa edib. Və qısa zamanda
populyarlıq qazanıb. Ədalət naminə deməliyik ki, ifaçı mahnıya peşəkarçasına
yanaşıb.
Bununla bərabər
bəstəkarın oğlunun etirazı başa düşülmür.Əgər Elçin Kazimi atasının mahnılarının
kimlər tərəfindənsə ifa edilməsini istəmirsə bunu açıq şəkildə deməlidir. Çünki
müəllif hüququ deyilən bir şey var. Bu hüquqdan istifadə edərək Elçin bəy kimlərəsə
atasının mahnısını ifadə etməyə qadağa qoya bilər. Amma hansısa ifaçını aşağılamaq,
sortlaşdırmaq heç bir etiket qaydalarına sığmır.
Bu olsa-olsa
həmin adamın gündəm yaratmaq istəyidir. Vəssəlam!
O ki, qaldı
Kəmalə Günəşliyə... Deməliyik ki, onun kifayət qədər gözəl səsi var. Vaxtilə o
gözəl muğam ifaçısı idi. Mirələm Mirələmov və digər muğam ifaçıları ilə duet
oxuyurdu. Amma sonradan Kəmalə Günəşli pop musiqiyə keçdi.
Və çox qısa
zamanda populyarlıq qazandı. Doğrudur onun rəqsləri, efir davranışları müəyyən
müzakirələrə səbəb oldu.Amma bu “novatorluq” onu geniş auditoriyada tanıtdı. Və
bu gün ən çox toy sifarişi alan ifaçılardan biri də məhz Kəmalə Günəşlidir.
Bu mənada
müğnniyə ifasına görə yox, çıxış etdiyi auditoriyaya görə aşağılamaq doğru
deyil. Üstəlik toyları hədəf alaraq...
Xatırladaq
ki, tarix boyu sənətkarlar özlərini el şənliklərində, toylarda təsdiqləyib,
sübut edib və şöhrət qazanıblar.
News365.a