Günəş işığı insan orqanizmi üçün təbii enerji mənbəyi olmaqla yanaşı, sağlamlığın qorunmasında da mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, günəş şüalarından düzgün istifadə edildikdə bioloji ritm tənzimlənir, D vitamini sintezi artır, immun sistemi dəstəklənir və əhval-ruhiyyə yaxşılaşır. Lakin nəzarətsiz günəşlənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Daxili xəstəliklər üzrə mütəxəssis Başak Oğuz İnan qeyd edib ki, xüsusilə səhər saatlarında qəbul edilən gün işığı insanın bioloji saatının normal işləməsinə kömək edir. Onun sözlərinə görə, bu, gün ərzində özünü daha enerjili hiss etməyə, axşam isə daha rahat yuxuya getməyə şərait yaradır.
Mütəxəssis bildirib ki, günəş şüaları dəridə D vitamini sintezini stimullaşdırır. D vitamini isə sümüklərin möhkəmliyi, əzələ funksiyalarının normal fəaliyyəti və immun sisteminin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, kifayət qədər gün işığı almaq orqanizmdə enerji səviyyəsini yüksəldir və insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir.
Mütəxəssislər vurğulayırlar ki, D vitamini immun hüceyrələrinin fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Bu, orqanizmin infeksiyalara qarşı müdafiəsini gücləndirməyə, xüsusilə tənəffüs yolu xəstəliklərinə qarşı müqavimətin artmasına kömək edə bilər.
Araşdırmalara əsasən, günəş işığı beyində serotonin hormonunun ifrazını artırır. Bu hormon insanın əhval-ruhiyyəsinin yaxşılaşmasına, stressin azalmasına və yuxu rejimini tənzimləyən melatonin hormonunun vaxtında ifrazına dəstək verir.
Başak Oğuz İnan qeyd edib ki, gün işığının azlığı yuxu problemləri, davamlı yorğunluq və depressiv əlamətlərin yaranma riskini artıra bilər.
Mütəxəssislər yay mövsümündə günəş şüalarından faydalanarkən ehtiyatlı olmağı tövsiyə edirlər. Bildirilir ki:
Mütəxəssislərin qənaətinə görə, səhər saatlarında təxminən 15 dəqiqə gün işığında olmaq bioloji ritmin tənzimlənməsinə, yuxu keyfiyyətinin yaxşılaşmasına, enerji səviyyəsinin yüksəlməsinə və ümumi sağlamlığın qorunmasına əhəmiyyətli töhfə verə bilər.
News365.az