On gün əvvəl mer seçilmişdi, bıçaqlandı

On gün əvvəl mer seçilmişdi, bıçaqlandı
17:33

Almaniyada naməlum şəxslər Herdecke şəhərinin yeni meri İris Ştalçerə bıçaqla hücum edib.

News365.az “Bild”ə istinadən xəbər verir ki, 57 yaşlı qadın mer qarnından və belindən 13 bıçaq zərbəsi alıb. 

Ştalçeri mənzilində yaralı halda oğlu aşkar edib. Qadın huşunu itirməzdən əvvəl oğluna küçədə bir neçə nəfərin ona hücum etdiyini deyə bilib. 

Xəstəxanaya çatdırılan merin vəziyyətinin kritik olduğu qeyd olunub. 

Hazırda hadisəni törədən şəxslərin axtarışları aparılır. 

Qeyd edək ki, İ.Ştalçer seçkinin sentyabrın 28-də baş tutan ikinci turunda qalib gəlib


Sizin reklam burada
Sizin reklam burada