Mordoviyada hərbi cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilənlərin saxlandığı xüsusi rejimli koloniyada ukraynalı hərbçilər də cəza çəkirlər. Onlar əmək və mütaliə ilə məşğul olurlar. Bu barədə kolonyaya baş çəkən rusiyalı jurnalistlər məlumat yayıblar.
Koloniya əməkdaşlarından verilən məlumata görə, törətdiyi cinayətlərin ağırlığına baxmayaraq, məhbuslara ümumi qaydalar şamil edilir. Bununla belə, onlar xüsusi nəzarətə götürülürlər, ukraynalılar həm müəssisə səviyyəsində, həm də Federal Penitensiar Xidmət tərəfindən daimi nəzarətdədirlər. Bu, məhkumların hərbi hazırlıq keçmələri və döyüş vərdişlərinə malik olmaları ilə izah olunur.
Koloniyada yeddi belə məhbus var. Administrasiya nümayəndəsinin sözlərinə görə, onların digər məhkumlarla heç bir münaqişəsi olmayıb.
Koloniyada səhər altıda yuxudan qalxan məhbuslar günə səhər yeməyi ilə başlayır, ondan sonra iş saatlarına uyğun işləyirlər. Məhkumlar tikiş sexində çalışırlar və burada maaş da alırlar. Kiçik həyətdə fiziki məşqlər etmək imkanı ilə gəzinti təşkil edilir, asudə vaxtlarında kitabxanadan kitab götürməyə icazə verilir.
Məhkumlardan biri, Ukrayna Milli Qvardiyasının keçmiş serjantı Yevgeni Kirış deyib ki, o, hər dəfə işə çıxan zaman gödəkçələr üçün 50-60 material tikib hazırlaya bilir. Onun sözlərinə görə, öyrənmək üçün ona cəmi iki həftə lazım olub, bundan sonra o, bacarıqlarını praktikada tətbiq etməyə başlayıb. Gəzinti zamanı o, tez-tez evini xatırlayır.
Kiriş 2023-cü ilin noyabrında qondarma DXR-in "Ali Məhkəməsi" tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. İstintaq müəyyən edib ki, o, 2022-ci ilin martında Mariupolda qaçqınların olduğu avtomobillərin atəşə tutulmasında iştirak edib. Nəticədə 4 nəfər ölüb, 6 nəfər sağ qalıb. 2022-ci ilin yazında Mariupol ətrafında 16 dinc sakinin qətlə yetirilməsində təqsirli bilinən Denis Raşplya da koloniyada cəza çəkir. O, bir neçə maddə üzrə ömürlük həbs cəzasına məhkum edilib.
Tural