Moldovanın baş naziri Dorin Reçan ölkənin təhlükəsizlik strategiyasında əsas risk mənbəyinin Rusiyanın olduğunu açıqlayıb.
Bu barədə News365.az məlumat yayıb.
Baş nazir parlament seçkilərindən sonra keçirilən hökumət iclasında bildirib ki, Kreml Moldovanı sakit buraxmayacaq, lakin Kişinyov bu vəziyyətlə necə mübarizə aparacağını bilir.
Qeyd edək ki, 28 sentyabr 2025-ci il tarixində Moldovada parlament seçkiləri keçirilib. Nəticələrə görə, Avropa yönümlü “Hərəkət və Həmrəylik” partiyası qalib gəlib və səslərin 50,2%-ni toplayıb. Müxalifət isə ümumilikdə 49,8% səs toplaya bilib.